Klublar komitəsinə "köhnə" yeni sədr


İdman 15 Mar 2018 13:18:00 269 0

Klublar komitəsinə "köhnə" yeni sədr

AFFA Klublar Komitəsinin yeni sədri müəyyənləşib.

Goal.az-ın məlumatına görə, bu posta "Neftçi"nin prezidenti Kamran Quliyev seçilib. O, klublardan 5-nin səsini qazanıb. "Qarabağ", "Qəbələ" və "Səbail" isə 1 səs yığıb. 

Qeyd edək ki, Kamran Quliyev yeni vəzifədə "Neftçi"in sabiq prezidenti Orxan Hüseynzadəni əvəzləyib.