Piter Semnebi: Azərbaycan Şərq ilə Qərb arasında bir körpüyə çevrilib


Digərləri 15 Mar 2018 13:38:25 228 0

Piter Semnebi: Azərbaycan Şərq ilə Qərb arasında bir körpüyə çevrilib

Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib.

Bakı. Elçin Mehdiyev – Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi deyib. O qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə mühüm rol oynayır və Şərq ilə Qərb arasında bir körpüyə çevrilib: “Ölkə üçün bunun böyük əhəmiyyəti var. Mən hər dəfə məmnuniyyətlə bu forumda iştirak etmək üçün Azərbaycana gəlirəm və çox şadam ki, belə bir platforma mövcuddur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin