"Sürücülər cərimələnəcək" Təciliyardım maşınlarının kameraları çəkir VİDEO FOTO


Digərləri 15 Mar 2018 13:23:00 290 0

"Sürücülər cərimələnəcək"  Təciliyardım maşınlarının kameraları çəkir  VİDEO  FOTO

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə əlaqəli süjet hazırlayıb.

Mirələm Cəlalov - Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: "Həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək".

Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa, GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır. Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar.

Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur. Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər.

Ərşad Hüseynov - Nəqliyyat eksperti: "Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər".


Xəbərə aid fotolar