Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi FOTO


Kriminal 15 Mar 2018 13:26:00 221 0

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü etiraf etdi  FOTO

Rusiyanın Soçi şəhəri ətrafındakı Bestujevsk kəndində ötən gün martın 13-də 5 yaşlı qız yoxa çıxıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Veronika Trişkina adlı qızın axşam saat 6 radələrində evlərinin həyətindən yoxa çıxdığı bildirilir, onun axtarışı bütün gecə davam edib. Amma uşaq tapılmayıb. Axtarış işlərinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, kinoloqlar, könüllülər, yerli sakinlər qoşulublar.

Uşağın yoxa çıxdığı haqda polisə onun atalığı, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev məlumat verib. Bu gün isə Şahmirzəyev özü Adler rayonundakı hostellərdən birində, Abxaziya ilə sərhədin yaxınlığında polislər tərəfindən tutulub. Onun Abxaziyaya qaçmağa cəhd etdiyi bildirilir. Hazırda Şahmirzəyev dindirilir, onu Rusiyada qeyri-leqal yaşadığı məlum olub.

Xəbərlərə görə Şahmirzəyev hadisə vaxtı evdə uşaqlarla tək olub. O, polisə bildirib ki, bankomatdan pul çıxarmaq üçün evdən çıxıb, geri qayıdanda uşağı evdə tapmayıb. Bu versiyanın nə dərəcədə inandırıcı olduğu hələ məlum deyil.


Xəbərə aid fotolar