Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının ilk görüşü başlayıb - YENİLƏNİB


Siyasət 15 Mar 2018 13:02:00 261 0

Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının ilk görüşü başlayıb - YENİLƏNİB

Görüşdə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi müzakirə olunacaq

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü başlayıb.

"Report"un məlumatına görə, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.  

Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

*** 08:35

Bu gün Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Report” xəbər verir ki, görüşdə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq.

Nazirlərin dördtərəfli formatla görüşü ilk dəfə keçiriləcək. Onun təşəbbüskarı Azərbaycan tərəfidir.