ABŞ-da xəstəxanada atışma olub, 1 nəfər ölüb


Dünya 15 Mar 2018 12:51:55 230 0

ABŞ-da xəstəxanada atışma olub, 1 nəfər ölüb

Polis hadisə yerində araşdırma aparır

ABŞ-da xəstəxanada atışma olub. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Alabama ştatının Birmingem şəhərəində baş verib. Naməlum kişi xəstəxanaya daxil olaraq atəş açıb, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Atəş açan şəxs sonra intihar edib.

Silahlının və digər ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. 

Polis hadisə yerində araşdırma aparır.