XİN rəhbərlərinin bugünkü görüşünün gündəliyi açıqlandı


Siyasət 15 Mar 2018 12:56:00 258 0

XİN rəhbərlərinin bugünkü görüşünün gündəliyi açıqlandı

Azərbaycan, Türkiyə, İran və Gürcüstan bu gün bir çox sahələrdə əməkdaşlıq üzrə yol xəritəsi imzalayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu deyib.

Baş nazir qeyd edib ki, hazırda birgə yol xəritəsi üzərində iş aparılır:

"Bu sənəd müxtəlif sahələri, o cümlədən nəqliyyat, rabitə, energetika, regional məsələlər, iqtisadiyyat, ticarət və gömrük məsələləri ilə bağlı alt layihələri əhatə edir".

Onun sözlərinə görə, bu gün dörd ölkənin XİN rəhbərləri ilk dəfə bu formatda görüşür:

"Əvvəllər İranla, Türkmənistanla və Gürcüstanla üçtərəfli görüşlərimiz olub, bu gün birinci dəfədir ki, dördtərəfli görüş olacaq. Bu, Azərbaycan və Türkiyənin regiondakı rolunun göstəricisidir".

M.Çavuşoğlu həmçinin multikulturalizm və xalqlar arasında qarşılıqlı anlaşma məsələlərinə toxunub:

"Azərbaycanda və Türkiyədə olduğu kimi birgə yaşamağı öyrənmək lazımdır. İnsanlar hansı mədəniyyətin və dinin nümayəndələri olmasından asılı olmayaraq bir-birinə hörmət etməlidir".