Bakıda avtomobil aşdı FOTO
Digərləri 15 Mar 2018 12:43:00 253 0
Bu gün səhər saatlarında Bakıxanov qəəbəsində yol nəqliyyat hadisəsi baş verib.
Mİlli.Az repost.az-a istinadən xəbər verir ki, səhər saat 11:00 radələrində 50 CH 260 dövlət nömrə nişanlı Mitsubishi markalı avtomobil aşıb. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Hadisəyə yüksək sürət həddinin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az