Bakıda Türkiyə və Gürcüstan XİN başçılarının görüşü başlayıb


Siyasət 15 Mar 2018 12:14:43 264 0

Bakıda Türkiyə və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunur

Bakıda Türkiyə və Gürcustanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Mixeil Canelidze arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunur.

Xatırladaq ki, Mövlud Çavuşoğlu və Mixeil Canelidze bu gün keçiriləcək Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk görüşündə iştirak etmək üçün Bakıya gəliblər.