"Ərimi öldürdüm, həyətdə basdırdım" Qadın dustaq VİDEO FOTO


Digərləri 15 Mar 2018 12:18:00 221 0

"Ərimi öldürdüm, həyətdə basdırdım"  Qadın dustaq  VİDEO  FOTO

Rəhimə Muxtarova 1960- cı ildə Quba rayonunda anadan olub. 1987- ci ildə ailə qurub. 2008-ci ildə həyat yoldaşını qətlə yetirib. Ona 12 il 6 ay iş verilib. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İki əkiz qızı və beş nəvəsi var. 

Son.az xəbər verir ki, qafqazinfo cəzaçəkmə müəssisəsinə baş çəkib və onunla cinayətə qədərki həyatı və həbsdə keçirdiyi günlər barəsində söhbətləşib:

- Cəzaçəkmə müəssisəsinə ayaq basanda istər-istəməz insan həyəcan keçirir. Çünki gələcəyin insan taleyinə nələr bəxş edəcəyini heç kim əvvəldən bilmir.  Təbii ki, cinayətə də haqq qazandırmırıq. Belə olan halda,  sizi qətl törətməyə, həyat yoldaşınızı öldürməyə nə vadar etdi? 

- Cinayət  birdən-birə baş vermir. Mən neçə illər  döyülməyə, söyülməyə dözüb uşaqların böyüməyini gözlədim. Ondan  dəfələrlə ayrılmağa cəhd etdim. Ancaq uşaqlara görə, camaata görə ayrıla bilmədik. Elə oldu ki, uşaqlar ailə qurdu.  Ancaq yenə də vəziyyət dəyişmədi. Əsəblərim çox gərginləşdi. Cavanlıqda çox sakit qadın idim. Heç ağlıma gəlməzdi ki, mən adam öldürüb həbsə düşərəm. Yatsam yuxuma da girməzdi. 

- Neçə yaşında evlənmişdiniz?

- Ailə quranda 27 yaşım var idi.  

- Kifayət qədər yetkin yaşda ailə qurmusunuz.  Həyat yoldaşınızla bəs necə tanış olmuşdunuz? Onu tanımaq imkanı yox idi? 

- O məni sevmişdi. Adam ailə quranda  qarşındakını tam tanımır. Zaman keçdikcə xasiyyətini, davranışını görürsən. Mən 21 il  döyülməyə, söyülməyə dözdüm. Ayrılmaq istəyəndə məni danlayırdılar. Həmişə deyirdilər ki, döz. Axırda isə dözə bilmədim. 

- Bizim cəmiyyət, eləcə də  ailələr ən çox  belə durumlarda dözməyi təlqin edirlər. Sizi də zorakılığa 21 il dözdürüblər. Vaxtında dəstək olsaydılar, siz normal şəkidə ayrılardınız  və belə bir  cinayət də baş verməzdi. Heç  bir ailə üzvünüz sizi dəstəkləməyib? 

- Qardaşım  mənə dedi ki,  ondan ayrıl, mən sənə baxaram. O zaman  uşaqlar da var idi. Yenə də özümə sıxışdıra bilmədim ki, ayrılıb gedim qardaş yanında  yaşayım? Uşaqlar qız idi deyə çəkindim. Neçə dəfə ayrılmaq üçün evi tərk etmişəm, amma yenə də qayıdıb gəlmişəm. Ata evinə də çox getmişəm. 6 ay, 3 aylarla ata evində qaldığım olub. Lap boşanmaq üçün ərizə də vermişdim. 

- Evdə qayınana, qayınatınız var idi? 

- Qayınatam yox idi. Qayınanam da yaşlı bir arvad idi. O, pis insan deyildi. Həmişə mənə kömək olub. Uşaqlar körpə olanda mənə kömək edib. Çünki iki əkiz uşağı saxlamaq asan deyildi. Özü də  xəstə qadın idi. 

- Həyat yoldaşınız da Qubadan idi? 

- Yox. O, Xızıdan idi. Dəvəçi rayonunda yaşayırdılar. 

- Ailəniz bu izdivaca razı idi? 

- Yox, ailəm istəmirdi. Mən onlardan icazəsiz qaçmışam. 

- Bayaq dediniz ki, sevmirdiniz, bəs necə oldu ki, onunla qaçdınız? 

- Belə alındı. Mən də onun sevgisinə yox demədim. Çünki ailə qurmaq istəyirdim. O, məndən 3 yaş kiçik idi. 

- Evləndiyiniz gündən sizi döyməyə başladı? 

- 1 ilə yaxın müddətdə mənlə yaxşı oldu. Mən bilmirdim ki, o, narkotik maddə qəbul edən imiş. İçki də içirmiş. Mən gedəndən sonra bunları bilmişəm. Məni döyürdü, söyürdü, incidirdi. 

- Sizi döyəndə köməyinizə çatan olurdu? 

- Kim çatsın? Bir dənə qoca anası var idi. O da ondan qorxurdu. Şillə ilə onu da vururdu. 

- Uşaqların yanında da sizi döyürdü? 

- Hə. Həmişə döyürdü. Uşaqlar ağılları kəsəndən analarının döyüldüyünü görüblər. 

- Və siz 48 yaşında həyat yoldaşınızı qətlə yetirdiniz. Həmin günü necə xatırlayırsınız? 

- Həmin gündən 12 gün qabaq yenə məni pis döymüşdü. Mən çıxıb Qubada bacımgilə qalmağa getdim.  Bu dəfə ayrılmaq niyyətim ciddi idi. Elə pis döymüşdü ki, ağzımı da açıb danışa bilmirdim. İki gün sonra  dalımca gəldi. 7 aylıq nəvəm var idi. Qızımın təzə toyu olmuşdu. Heç evə qonaq çağırmamışdım. Qızımı birini bacımın oğluna vermişdim. Gəldi onlara, qızım heç atasını dindirmədi. Bacım oğlu mənə dedi ki, xala getmə, mən səni saxlayacam. Ayrıl ondan. Səhər aparıb ərizə verəcəm. Dedi ki, nəvəmiz var. Heç biz ayrılarıq? Axşama qədər  dayanıb məni gözlədi, dedilər ki, çıx get. Getdi, qayıdıb yenə qapıya gəldi. Əsəbləşdim. Özümün də halım yox idi. Yataqda uzanmışdım, heç dura bilmirdim. Nəvəsinin canına and içdi ki, bir  də mənə əl vurmayacaq. Həmin nəvəm də anadan olandan xəstə doğulmuşdu. Elə həkimlərdə idi. Dedim ki, o biri qızın da qayınanası yaddır. Bu yaşda sonra ona da problem olar. Razı olub onla getdim. 

Qapıdan içəri keçən kimi dedi ki, səni aldadıb evə gətirdim. Ancaq mən o nəvəyə görə inanıb gəlmişdim. Adam nəvəni canından da artıq istəyir. Necə inanmayasan?! Evə girən kimi yenə məni döydü. Səhər çıxıb işə getdi. Mən də tərəvəzə düşdüm. 

Üstündən 10 gün keçdi. Səhər işə getməli idi. Bütün bədənim, üzüm gözüm pis halda idi. Onun əlindən acıqlı idim. Yenə dinc dayansaydı, bu  hadisəni törətməzdim. Mənim  onunla nə işim  var idi? Axşamdan paltarını da ütüləyib qoymuşdun ki, səhər işə gedəcək. Xörəyini bişirib bankasına tökdüm. Ayaqqabılarına kimi kremləmişdim. Onu öldürmək niyyətim yox idi. 

Axşamtərəf qardaşının oğlu zəng etdi. Getdi onlara. Orada içib. Gecə saat birə qədər onu gözlədim. Gəldi və gördüm ki, həm  içib, həm də çəkib. Kələm dolması bişirmişdim. Yeyib-yeməcəyini soruşdum. Yemək qoydum, çay tökdüm. Xörək yeyəndə  mənə dolma boşqabını atdı. Sonra ağır külqabı var idi, onu da mənim üstümə atdı.  Yenə yan elədim, külqabı yerə dəyib çırpıldı. Qapının ağzında dayanmağımı dedi. Gördüm ki, bütün bədənim, əlim ayağım əsir. Hirsimdən titrəyirdim. Bi dənə çörək bıçağı var idi. Ancaq balaca idi. Bıçağı necə atdısa, başımı kənara çəkdim, düz qapıya sancıldı. Ondan sonra özümdə olmamışam. Dedim ki,  səhərə kimi ya o ölməlidir, ya da mən.  Yenə məni döymək istəyirdi. Dedim ki, Çingiz onsuz da döymüsən, halım yoxdur, eləmə. Qapını açıb həyətdə qaranlıq yerə düşdüm ki, məni tapmasın. Çağırdı, səs vermədim, içəri girdi. Xeyli bayırda dayandım. Gördüm ki, ondan səs gəlmir. Çıxdım  evə. Eşitdim ki, xorultusu gəlir. Yatmışdı. Necə gedib tövlədən dəmir kuvaltı gətirmişəmsə özümdə olmamışam. İki dəfə başından vurmuşam. Özümdə olmamışam, bilməmişəm ki, bunu necə etmişəm. İndiki ağlım olsaydı, eləməzdim. Elə yatardı, yatdığı yerdə qalardı, mən özüm çıxıb gedərdim. Gəlib buranı görəndən sonra, bu qədər ayrılıq cəzasını çəkəndən sonra bu qərara gəlmişəm.  Onu öldürdüyümə görə peşmanam. Keşkə  həmin gecə özümü saxlayardım. Səhəri o çıxıb işə gedərdi, mən də çıxıb başqa yerə gedərdim. 

- Həmin an keçindiyini dediniz. Bəs sonra neylədiz? Kimlərə xəbər verdiz? 

- Heç kimə demədim. Aparıb bağda basdırdım. Onu da iş yerindən axtardılar. Yalamada depoda işləyirdi. Elektromexanik idi. Üstündən beş gün keçmişdi. İş yerindən kəndə xəbər gəldi ki, bu adam yoxa çıxıb işə gəlmir. Qardaşı gedib polis idarəsinə itkin düşməyi ilə bağlı ərizə yazdı. İki nəfər polis böyük qardaşı ilə gəldi. Məndən soruşdular ki, yoldaşın hardadır? Dedim ki, qaynım çölə çıxsın harada olduğunu deyəcəm. Polisə dedim ki, yoldaşımı öldürmüşəm. İnanmadılar , soruşdular ki, düzmü deyirəm? Meyitin yerini soruşdular. Dedim ki, bağda basdırmışam. Yenə də inanmadılar. Məni polis şöbəsinə apardılar, şöbədə izahat aldılar. Elə həmin gün də həbs edildim.

- Niyə polisə cinayəti törətdiyiniz günün səhəri məlumat vermədiniz? 


Xəbərə aid fotolar