Roma Papası: "VI Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır"


Siyasət 15 Mar 2018 11:47:00 240 0

Roma Papası: "VI Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır"

Bu gün "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Roma Papası Fransiskin müraciəti oxunub.

Son.az APA-ya istinadən xəbər verir ki, Roma Papası müraciətində VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu vurğulayıb.

VI Qlobal Bakı Forumunun iştirakçılarını təbrik edən Roma Papası Fransisk Foruma işində uğurlar arzulayıb.