Tereza Mey: "Böyük Britaniya və Azərbaycan möhkəm əlaqələr qurub"
Siyasət 15 Mar 2018 11:36:06 275 0
Baş nazir: "Bu əməkdaşlığı sonrakı illərdə də dərinləşdirmək niyyətindəyik"
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Meyin VI Bakı Qlobal Forumunun iştirakçıları üçün müraciətində deyilir.
"1992-ci ildə diplomatik münasibətlərin yaranmasının əvvəlindən Böyük Britaniya və Azərbaycan möhkəm və məhsuldar əlaqələr qurub", - T.Mey bildirib.
O qeyd edib ki, energetika sahəsində uzunmüddətli əməkdaşlıqla yanaşı, tərəflər vacib məsələlərin geniş diapazonu üzrə əməkdaşlıq edir: "Bu əməkdaşlığı sonrakı illərdə də dərinləşdirmək niyyətindəyik."
"Bakı Qlobal Forumunun altı il ərzində keçirilməsi, indiki və sabiq dünya liderlərinin bir araya gəlməsi münasibətilə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm", - baş nazirin müraciətində deyilir.
O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun təşviqi üçün forum keçirir və dünyanın bu gün qarşılaşdığı bir çox məsələlər üzrə biliklərini bölüşür.