"Neftin qiymətinin sabit qalması üçün həyata keçirilən tədbirlər davam etdirilməlidir"


Digərləri 15 Mar 2018 11:36:00 315 0

"Neftin qiymətinin sabit qalması üçün həyata keçirilən tədbirlər davam etdirilməlidir"

"OPEC-ə üzv dövətlər və qeyri-OPEC ölkələrinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, neftin qiymətinin sabit qalması üçün bu əməkdaşlıq davam etdirilməlidir:"Bu işin nəticəsini görərək həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır".