İlham Əliyev: “BTQ layihəsindən istifadə artmaqdadır”


İqtisadiyyat 15 Mar 2018 11:11:44 225 0

İlham Əliyev: “BTQ layihəsindən istifadə artmaqdadır”

Bunu Prezident İlham Əliyev Qlobal Bakı Forumunda deyib

“Azərbaycan region ölkələri ilə bir sıra mühüm layihələr həyata keçirir”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunda deyib.

“Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxmasına imkan verib. Hazırda isə Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılır. Azərbaycan həm də enerji resurlarının daşınması üçün tranzit ölkədir və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin oktyabrında isə regionda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi reallaşdı. Bu da Avropa ilə Asiya arasında yüklərin daşınması üçün mühüm layihədir və ondan istifadə artmaqdadır”, - dövlət başçısı qeyd edib.