Türkiyənin baş naziri: İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur


Digərləri 15 Mar 2018 11:17:00 214 0

Türkiyənin baş naziri: İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur

"İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur".

Bakı. Rufiz Hafizoğlu - İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Baş nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir: “Gec və ya tez Azərbaycan torpaqlarının işğalı başa çatacaq”. Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin