"Cənnət görmək istəyən Azərbaycana gəlsin" adlı tədbir keçirilib


Kriminal 15 Mar 2018 10:47:00 268 0

"Cənnət görmək istəyən Azərbaycana gəlsin" adlı tədbir keçirilib

"Cənnət görmək istəyən Azərbaycana gəlsin" adlı  tədbir keçirilib

Son.az-ın məlumatına görə Bakı şəhəri Səbael rayonu 2 saylı Həbib bəy Mahmudbəyov adına texniki liseydə Novruz bayramı ərəfəsində "Cənnət görmək istəyən Azərbaycana gəlsin" adlı tədbir keçirilib.

Liseyin direktor müavini Nuranə Şıxəliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın adət ənənləri, öz füsunkar gözəlliyi ilə bütün dünyanı fəth etməsi əsas mövzu olub. Bir daha qeyd edilib ki, Azərbaycanı dünyada məşhurlaşdıran əlbəttə ki, onun dilbər guşələri, hər daşında bir tarix yatmasıdır. Zəngin mədəniyyətə malik bölgələrimiz adət ənənələrimizi yaşadaraq onu gələcək nəsillərə ərməğan kimi ötürür və bu məqsədlə təşkil olunun tədbirin əsas məqsədi də şagirdlərdə vətənpərvərlik hissi, milli mənəvi dəyərlərimizin təbliği, bölgələrimizdə Novruz adət ənənələrinin qorunub saxlanmasını diqqətə çatdırmaqdır. Şagirdlərin hər bir bölgənin özünəməxsus ənənələrini, Novruz adətlərini ətraflı şəkildə əks etdirməsi onların vətənə məhəbbətinin bariz nümunəsidir.


Xəbərə aid fotolar