Azərbaycanda şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır


İqtisadiyyat 15 Mar 2018 10:29:13 243 0

Azərbaycanda şirkət rəhbərlərinin 88%-i manatın məzənnəsindən narahatdır

Bu "PwC Azerbaijan" audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub

Azərbaycanda şirkət rəhbərlərinin (CEO) 88%-i milli valyutanın məzənnəsi ilə bağlı ehtimal edilən qeyri-sabitlikdən narahatdır. 

"Report" xəbər verir ki, bu "PwC Azerbaijan" audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub. 

"PwC"nin aparıcı mütəxəssisi Vədat Ralə isə deyib ki, CEO-ların bir çoxu vergi yükünün artmasından narahatlıq keçirir. 

"CEO-ların 83%-i kadr çatışmazlığını və biznesə inamın olmamasını risk potensialı kimi görür. Onların 75%-i isə istehlakçının davranışının və xərclərinin dəyişməsini real risk kimi görür", - deyə o, qeyd edib. 

"PWC Azerbaijan"ın rəhbəri Mövlan Paşayev isə bildirib ki, bu araşdırmanın nəticəsində əsəsən, bu il Azərbaycanda 1-2% iqtisadi artım gözlənilir.