"Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir"


Siyasət 15 Mar 2018 10:01:00 245 0

"Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir"

"Bosniya və Herseqovina ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına istiqamətlənmiş fəaliyyətini dəstəkləyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Qlobal Bakı Forumunun iştirakçılarından biri olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədə çatmağın ən optimal üsulu beynəlxalq səviyyədə qəbul edilmiş, dinc və davamlı həll yoludur.

M.İvaniç xatırladıb ki, 2013-cü ilin yanvarında Bosniya və Herseqovinanın Parlament Assambleyasının Nümayəndələr Palatası, həmin ilin fevralında isə Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət haqqında qətnamələr qəbul edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü vurğulayıb ki, bu qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək də ifadə olunub.