Millimizin Belorus və Makedoniya ilə oyun üçün heyəti açıqlandı


İdman 15 Mar 2018 09:42:00 256 0

Millimizin Belorus və Makedoniya ilə oyun üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib. Onlardan cəmi 3-ü - Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox - 6 oyunçu "Neftçi"dən çağırılıb. "Qarabağ" yığmada 5, "Sumqayıt" 4, "Qəbələ" 3, "Keşlə", "Səbail" və "Kəpəz" isə 1 futbolçu ilə təmsil olunacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək. Martın 25-də komanda üzvləri toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Martın 27-də Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Milliyə dəvət olunmuş futbolçuların siyahısı:

AD, SOYADKLUB
Kamran AğayevKeşlə
Rəşad ƏzizliNeftçi
Səlahət AğayevNeftçi
Maksim MedvedevQarabağ
Elvin YunuszadəQarabağ
Qara QarayevQarabağ
Coşqun DiniyevQarabağ
Riçard AlmeydaQarabağ
Ruslan AbışovNeftçi
Namik ƏləskərovNeftçi
Rəhman HacıyevNeftçi
Emin MahmudovNeftçi
Ruslan QurbanovQəbələ
Ürfan AbbasovQəbələ
Asif MəmmədovQəbələ
Cavid İmamverdiyevSumqayıt
Tural AxundovSumqayıt
Rəşad EyyubovSumqayıt
Amil YunanovSumqayıt
Rahil MəmmədovSəbail
Şəhriyar RəhimovKəpəz
Araz AbdullayevAnortosis (Kipr)
Pavel Paşayev“Oleksandriya” (Ukrayna)
Dimitri Nazarov“Erzgebirge Aue” (Almaniya)