Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları artırılıb


Digərləri 15 Mar 2018 08:47:00 252 0

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları artırılıb

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Son.az APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif  (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.

Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

143

2

146

3

149

4

152

5

155

6

161

7

167

8

174

9

182

10

190

11

198

12

206

13

216

14

231

15

251

16

294

17

396

18

535

19