Bakıda sürücü maşınla yeniyetmə qızı vuraraq hadisə yerindən qaçıb


Kriminal 15 Mar 2018 08:29:00 261 0

Bakıda sürücü maşınla yeniyetmə qızı vuraraq hadisə yerindən qaçıb

Polis onun axtarışlarına başlayıb

Gecə saatlarında Bakının Qaradağ rayonunda yeniyetmə qızı avtomobil vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə 15 yaşlı Şükürova Aytac Mehdi qızı Lökbatan qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəni naməlum markalı minik avtomobilinin sürücüsü törədib və ərazidən uzaqlaşıb.