Bakıda kafe işçiləri dava zamanı müştərini bıçaqlayıblar


Kriminal 15 Mar 2018 08:31:00 280 0

Bakıda kafe işçiləri dava zamanı müştərini bıçaqlayıblar

Bakının Nizami rayonunda kafedə dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, 8-ci kilometr qəsəbəsində yerləşən kafedə müştəri qismində əyləşən 1986-ci il təvəllüdlü Həmidov Elçin Lütfəli oğlu müəssisə əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.