AMEA və tabeliyində olan elmi müəssisə və təşkilat işçilərinin maaşları artırılıb


İqtisadiyyat 15 Mar 2018 08:25:03 298 0

AMEA və tabeliyində olan elmi müəssisə və təşkilat işçilərinin maaşları artırılıb

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin onların tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, yeni əməkhaqları aşağıdakı şəkildə müəyyən edilib:

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)  1 143 2 146 3 149 4 152 5 155 6 161 7 167 8 174 9 182 10 190 11 198 12 206 13 216 14 231 15 251 16 294 17 396 18 535 19 825

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla) 1 160 2 168 3 176 4 184 5 192 6 200 7 208 8 216 9 227 10 240 11 253 12 267 13 281 14 306 15 335 16 388 17 495 18 634 19 875

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.