İlk döymələr Misirdə yaranıb? Arxeoloqlardan maraqlı İDDİALAR FOTO


Digərləri 15 Mar 2018 07:48:00 330 0

İlk döymələr Misirdə yaranıb?  Arxeoloqlardan maraqlı İDDİALAR  FOTO

Britaniyalı alimlər döymələrin (tatuaj) çox uzun illər əvvəl Misirdə tətbiq edildiyini sübut etmək məqsədilə 5 min illik tarixi olan 2 qədim Misir mumiyası üzərində tədqiqatlar aparıb.

Son.az xəbər verir ki, Oksford Universitetindən olan alimlər 2 mumiyadan birinin kişi, digərinin qadın olmasına diqqət ediblər. İncələmə nəticəsində kişi mumiyanın qol nahiyəsində öküz və qoçu xatırladan rəsmə, qadın mumiyanın isə çiyin nahiyəsində xüsusi işləmələrə bənzər naxışlara rast gəliblər.

Mütəxəssislər döymələri aşkarlamaq və daha yaxından incələmək üçün kompyuter tomoqrafiyasından istifadə ediblər. Müasir texnologiyaların son nailiyyətlərindən olan "3D" fotoşəkillər döymələrin daha yaxından görülməsinə imkan yaradıb.

Britaniya Muzeyinin fiziki antropologiya bölməsinin rəhbəri Deniel Antuan tədqiqatlar haqqında danışarkən qeyd edib ki, bu döymələrin ən qədim tarixi haqqında ilkin fikirlər söyləməyə imkan verir. Min il bundan əvvəl Afrikanın şimal hissəsində yaşayan əhalinin bədənlərində müxtəlif heyvanları xatırladan döymələrin aşkarlanması o dövrün araşdırılmasına da çox faydalı ola bilər.


Xəbərə aid fotolar