Cinayətkarların axtarışında "ağıllı" eynəkdən istifadə ediləcək


Digərləri 15 Mar 2018 07:21:00 297 0

Cinayətkarların axtarışında "ağıllı" eynəkdən istifadə ediləcək

Çinin paytaxtı Pekində polis əməkdaşlarına xidməti istifadə üçün xüsusi cihaz hazırlanıb.

Son.az xəbər verir ki, söhbət cinayətkarların və axtarışda olan şəxslərin üzdən tanınmasına proqramlaşdırılmış "ağıllı" eynəklərdən gedir. Belə ki, "LLVision" şirkətinin xüsusi aksessuarı kamera və mini proyektorla təchiz edilib. Eynək real vaxt rejimində insan sifətlərini izləyərək onları axtarışda olan cinayətkarların siyahısı ilə müqayisə edir. Uyğunluğa rast gəlinəcəyi təqdirdə sistem linza üzərinə qanun pozucusunun şəklini və onun barəsində qısa informasiyanı proyeksiya edir. Bundan başqa "ağıllı" eynəyin köməyi ilə siz yol hərəkətinə də nəzarət edə və avtomobil nömrələrini incələyərək avtomobillərin oğurluq olub-olmadıqlarını da müəyyən edə bilərsiz.

"Ağıllı" eynəklərin sınaqdan keçirilməsi fevral ayında ölkənin Xenan əyalətinin dəmir yolu vağzalında olub. Sınaqların nəticələrini müqayisə edən mütəxəssislər gözlənildiyindən daha uğurlu alındığını dilə gətirərək, cihazı gələcəkdə daha da təkmilləşdirə biləcəklərini də deyiblər. Sınaq zamanı eynəkdən istifadə edən polislər insan alverinə görə axtarışda olan bir neçə şəxsi müəyyənləşdirə biliblər.