ABŞ-da təlim zamanı bombardımançı təyyarə qəzaya uğrayıb


Dünya 15 Mar 2018 05:43:03 223 0

ABŞ-da təlim zamanı bombardımançı təyyarə qəzaya uğrayıb

Hadisə Florida ştatı sahillərində baş verib

ABŞ Hərbi Hava Qüvvələrinin "F/A-18 Hornet" tipli bombardımançı təyyarəsi Florida ştatının Boka Çika Ki rayonu ərazisində qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qırıcı təyyarə havada yanmağa başlayıb və Ki-Uest aviabazasının uçuş-eniş zolağından bir km aralıda suya çırpılıb.

Atlantika Hərbi Dəniz Qüvvələri nümayəndəsinin sözlərinə görə, pilot və şturman katapult etməyə macal tapıb. Hərbçi qeyd edib ki, heyət üzvləri təlim uçuşu həyata keçiriblər.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Heyət üzvlərinin vəziyyəti barədə məlumat yoxdur.