Birmingem xəstəxanasında atışma nəticəsində 2 nəfər yaralanıb


Dünya 15 Mar 2018 05:13:37 242 0

Birmingem xəstəxanasında atışma nəticəsində 2 nəfər yaralanıb

Şübhəli şəxs saxlanılıb

Amerikanın Birmingem şəhərində (Alabama ştatı) yerləşən xəstəxanalardan birində naməlum şəxs atəş açıb.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə çərşənbə günü axşam baş verib. Atışmaya nəyin məhz səbəb olduğu açıqlanmır.

Polis qeyd edib ki, şübhəli şəxs saxlanılıb. Başqa təfərrüatlar hələ ki, məlum deyil.