Rusiya Londonun qərarına cavab olaraq Britaniya diplomatlarını ölkədən çıxaracaq


Dünya 15 Mar 2018 03:48:57 264 0

Rusiya Londonun qərarına cavab olaraq Britaniya diplomatlarını ölkədən çıxaracaq

Londona qarşı cavab tədbirləri haqqında təkliflər tezliklə Rusiya prezidentinin masası üzərində olacaq

Moskva Böyük Britaniyadan 23 Rusiya diplomatının çıxarılmasına ən azı mütənasib cavab verəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın diplomatik dairələrindəki iki mənbəyə istinadən "İzvestiya" məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Moskvada britaniyalı "tərəfdaşlar"a cavabın hazırlanmasına başlanılıb: "Londona qarşı cavab tədbirləri haqqında təkliflər tezliklə Rusiya prezidentinin masası üzərində olacaq".