Bakıda sürücü maşınla yeniyetmə qızı vuraraq hadisə yerindən qaçıb


Sosial 15 Mar 2018 02:38:19 250 0

Bakıda sürücü maşınla yeniyetmə qızı vuraraq hadisə yerindən qaçıb

Polis onun axtarışlarına başlayıb

Gecə saatlarında Bakının Qaradağ rayonunda yeniyetmə qızı avtomobil vurub.

"Report"xəbər verir ki, hadisə 15 yaşlı Şükürova Aytac Mehdi qızı Lökbatan qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəni naməlum markalı minik avtomobilinin sürücüsü törədib və ərazidən uzaqlaşıb.

Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.