Vaksinlər uşaqlarda daha effektiv təsirə malikdir


Digərləri 14 Mar 2018 23:55:00 282 0

Vaksinlər uşaqlarda daha effektiv təsirə malikdir

Bu il qrip mövsümü başa çatmamışdan öncə 114 uşaq artıq dünyasını dəyişib. Həkimlərin dediyinə görə, onların əksəriyyəti vaksin vurulmayan uşaqlardır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Nümayəndələr Palatasının alt komitəsində ifadə verən doktor Ann Şucat bildirib ki, vaksinlərin effektivliyi yuxarı olmasa da, onların uşaqlara təsiri daha yüksəkdir. Sorğuların ilkin nəticələrinə görə, vaksinlərin effektivliyi 36 faiz təşkil edib. Uşaqlarda isə bu göstəricinin 59 faiz olduğu müşahidə edilib.

Doktor bildirib ki, uşaqların vaksinlərə cavabı yaşlılardan daha sürətlidir.

Vaksinlərin imtiyazı

Həkimlər 6 aylarından başlayaraq uşaqların hər il vaksin qəbul etməsini məsləhər görsələr də, ABŞ-da yalnız 60 faiz uşağa peyvənd vurulur.

Doktor Ann Şucat bildirib ki, vaksinlər xəstəliklərə tutulmanın qarşısını almaqla yanşı, onların yayılmasına da mane olur.

Lakin vaksin qəbul edilməsi heç də xəstəxanaya düşmə və ya ölüm hallarını aradan qaldırmır.