Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB


Sosial 14 Mar 2018 23:55:00 260 0

Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB

Müştərilərdən biri ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub

Mingəçevir şəhərində baş vermiş hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, “Qədiroğlu” restoranında müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.

Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamnada, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.

***20:53

Mingəçevir. 14 mart.