"O səs Türkiyə"nin azərbaycanlı finalçısından sensasiya VİDEO


Şou-biznes 14 Mar 2018 23:46:00 310 0

"O səs Türkiyə"nin azərbaycanlı finalçısından sensasiya  VİDEO

Ayla Rai: "Şeytana elə uymuşam ki, məni heç mələk də oyada bilməz"

"O səs Türkiyə" beynəlxalq vokal müsabiqəsinin azərbaycanı finalçısı Ayla Rai "Uyma şeytana" mahnısına çəkilən klipini təqdim edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənninin özünün verdiyi məlumata görə, kompozisiyanın sözləri və musiqisi Orxan Əhmədbəyova aiddir. Kompozisiyanın özünü də məhz Əhmədbəyov ekranlaşdırıb, aranjemanı isə MS Murada məxsusdur.

İfaçı əmindir ki, mahnı tamaşaçıların xoşuna gələcək. Çünki bu dəfə o, mahnını onun üçün yad olan stildə oxuyub. Klip əsasən qara bürünmüş dağların əhatəsində, əla mənzərələrin fonunda estetik bir şəkildə hazırlanıb.

"O səs Türkiyə" layihəsindən sonra Rainin dayanmaq fikri yoxdur. Əksinə o, daha çox işləmək, yeni kompozisiya və kliplərlə pərəstişkarlarını sevindirmək niyyətindədir.


Xəbərə aid video