Beyin qan dövranı xəstəlikləri:


Digərləri 14 Mar 2018 23:40:00 297 0

Beyin qan dövranı xəstəlikləri:

Nevroloji xəstəliklər arasında yaşlılarda insultun tezliyi və əhəmiyyəti  birinci yerdədir. İnsult geniş şəkildə hemorragik və işemik olaraq iki cür karakterizə olunur. İşemik insult beyin damarlarının okkuluziyası səbəbindən yaranır və beyin infarktı ilə nəticələnir.

İnsult kəskin beyin qan dövranı çatmamazlığı olub, 24 saatdan çox davam dən nevroloji defisit və ya ölüm ilə nəticələnən kəskin fokal beyin itkisi ilə xarakterizə olunur. Amerika İnsult Assosasiyası artıq insultu belə izah edir ki, nevroloji fokal defisitlər olduqda (hətta 24 saatdan az davam etdikdə belə)  MRT, KT müayinəsində beyin infarktı aşkar edilirsə bu insult sayılır, TİH (Keçici İşemik Həmlə) kimi qəbul edilməməlidir. Bütün dünya üzrə təxminən hər il 16 million insan həyatlarında ilk dəfə insultla xəstələnirlər. Bunların 9.6 millionu (60 %) az və orta gəlirli ölkələrin payına düşür.

Son.az hekimtap.az-a istinadən bildirir ki, 1970 və 2008-ci illər arasında yüksək gəlirli inkişafetmiş ölkələrdə insultun rastgəlmə tezliyi 42 %-ə endi. İnkişaf etmiş ölkələrdə insultun insidansında böyük düşüş insulta aparılan düzgün müalicə və profilaktika tədbirləri hesabına görülür.

İnsultun fatal riski İnsultun fatal nəticəsi 10-15% hallarda insultun 30 günü ərzində müşahidə edilir, yaş artdıqca, individual olaraq 85 yaşdan yuxarı olduqda  fatallıq 30 %-ə yüksəlir. Dünya üzrə hər il təxminən 7.5 million insan insultdan ölür. İnsult ürək xəstəliklərindən sonra ikinci ölümcül xəstəlikdir.

Əlillik Dünya üzrə təxminən 51 million insan insulta görə əlil qalır, bunların 44 millionu (87 %) aşağı və ya orta gəlirli ölkələrin payına düşür. İnsult xərci bütün dünya üzr səhiyyə sektorunda total xərclənən pulların 2-4 %-i təşkil edir. Məsələn Almaniyada insultun orta həyat dəyəri 40.000 evrodur.

İnsultun patofiziologiyası və etiologiyası İnsultun patologiyasına serebral, retinal və spinal infarkt (80 % hallarda), beyindaxili qanamalar (təx. 15 %) və subaraxnoidal qanama (5 %) aiddir.

İnsult nədir? İnsult "beyin həmləsidir". İnsult hər hansı səbəbdən beyinə gedən damarların tutulması və ya cırılması nəticəsində həmin damarın qidalandırdığı beyin sahəsininin qansızlaşması ilə yaranan kəskin beyin-qan dövranı pozğunluğudur. İnsult zamanı hər dəqiqiədə 1 milyon beyin hüceyrəsi ölür. İnfarkt toxumasının ətrafında funksiyasını itirmiş, lakin hələ ölməmiş sahə "penumbra" (işemik yarımkölgə) olur. Penumbra 3-4,5 saat ərzində qan dövranı bərpa edilmədikdə infarkt toxumasına çevrilir. İnfarkt geridönməyən prosesdir. Penumbra isə tez zamanda xilas edilə bilən, geridönən prosesdir.

İnsultun əlamətləri İnsultun əlamətləri beyinin hansı nahiyəsinin zədələnməsindən asılı olaraq müəyyən nevroloji defisitlə müşahidə edilir.

Ən çox nitq pozğunluğu insultlar zamanı rast gəlinir: dizartriya, afaziya. Dizartriya zamanı artikulyasiya apparatı zədələnir. Afaziyalar motor və sensor olur. Motor afaziya zamanı dominant yarımkürənin aşağı alın qırışında yerləşən Broka zonası zədələndikdə müşahidə edilir. Motor afaziya  zamanı xəstənin danışığı anlaşılmır. Sensor afaziya sağ yarımkürənin yuxarı gicgah payında Vernike zonası zədələndikdə yaranır. Xəstə danışığının pisləşdiyinin fərqində olmur, danışılanı anlamır. Qlobal afaziya motor və sensor afaziya eyni vaxtda yarandıqda deyilir. Xəstə danışa bilmir və danışılanları anlamır.

Üzün parezi də ən çox rast gəlinən əlamətlərdən biridir. Xəstə gülümsəyərkən zədə tərəfdən əks tərəfdə ağız bucağı enir, gözlərini yumduqda isə tam yumulmur.

Hemiparez/hemihipesteziya- ocaq tərəfdən əks tərəfdə yuxarı və aşağı ətraflarda gücsüzlük/ hissiyatın azalması deməkdir. Piramid olun zədələnməsi zamanı hemi şəklində simptomlar yaranır. Xəstə əllərini qaldırıb yuksəkdə saxladıqda ya bir qolu hərəkət etmir, ya da yez düşür. Əzələ gücü 5/5 bal sistemi ilə qiymətləndirilir. Ətraflar hərəkətsiz olduqda 0 balla qiymətləndirirlir. Hissiyat səthi və dərin hissiyata ayrılır. Səthi hissiyata ağrı, tempratur və toxunma hissi aiddir. Dərin hissiyata əzələ-oynaq, vibrasiya hissi aiddir. Ağrı hissi iti  iynə ilə simmetrik olaraq yoxlanılır. Səthi hissiyat azalan ətraflarda digər ətraflara nisbətən iynə küt hiss olunur.

Görmə pozğunluqları- homonim hemianopsiya, skatomalar, tunel görmə və.s şəklində rast gəlinir. Arteria ophtalmica stenozu zamanı xəstədə ani olaraq bir gözündə tamamən görmə itir, bir neçə saniyə və ya dəqiqə ərzində görmə bərpa olur. Bu tranzitor işemik həmlə, xəbərdaredici bir siqnaldır. Vaxtında tədbir görülmədikdə insult yaranma riski yüksəkdir.