Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı


Dünya 14 Mar 2018 23:19:00 258 0

Bütün əlaqələr kəsildi, London Moskvaya qarşı

Böyük Britaniya Rusiyaya qarşı "bir sıra məxfi tədbirlər" görəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu parlamentdəki çıxışında baş nazir Tereza Mey keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə bu ölkəyə qarşı cavab adddımlarını elan edərkən bildirib.

"Biz habelə elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib"-baş nazir deyib.