Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü


Dünya 14 Mar 2018 23:16:00 268 0

Murad Şahmirzəyev 5 yaşlı qızlığını öldürdüyünü

23:16

Bu dəqiqələrdə "Komsomolskaya pravda" qəzetinin Kuban əlavəsi Krasnodar vilayətinin hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 28 yaşlı Azərbaycan vətəndaşı Murad Şahmirzəyev birgə yaşadığı qadının 5 yaşlı qızını qətlə yetirdiyini etiraf edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Polisdəki dindirmədə Şahmirzəyevə "yalan detektoru" qoşublar. Nəticədə o, uşağı öldürdüyünü və meyitini basdırdığını boynuna alıb. Hazırda qatil uşağın meyitini basdırdığı yeri müstəntiqlərə göstərir, istintaq hərəkətləri aparılır. Yaxın saatlarda bu səs-küylü cinayətlə bağlı rəsmi məlumat yayılması gözlənilir. Şahmirzəyevin bu dəhşətli cinayəti hansı motivlə törətməsi məlum deyil.

21:42

Rusiyanın Soçi şəhəri ətrafındakı Bestujevsk kəndində ötən gün martın 13-də 5 yaşlı qız yoxa çıxıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bu haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Veronika Trişkina adlı qızın axşam saat 6 radələrində evlərinin həyətindən yoxa çıxdığı bildirilir, onun axtarışı bütün gecə davam edib. Amma uşaq tapılmayıb. Axtarış işlərinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, kinoloqlar, könüllülər, yerli sakinlər qoşulublar.


Xəbərə aid fotolar