Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar?


Digərləri 14 Mar 2018 23:10:00 305 0

Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar?

Vəsaitiniz azdır, lakin biznesdə özünüzü sınamaq istəyirsiniz? Əgər sizin ciddi biznesə başlamaq üçün 100000 manat pulunuz yoxdursa, amma özünüzə çox inanırsınızsa, aşağıdakı sahələrdən birində özünüzü sınaya bilərsiniz. Suallarınız olsa, şərhlərdə bildirin. Kim bilir, bəlkə sabahın uğurlu bizneslərindən biri yarandı?

kicik biznes qurmagin yollari, en yaxsi biznes, biznes ideyalari, biznes ideyalari kataloqu, evde biznes qurmaq, xirda biznes, biznes plan numunesi, evde is qurmaq olar

Qalereya açmaq Son.az bizplus.az-a istinadən bildirir ki, istəsəniz lap evdə də aça bilərsiniz. Rəssamlardan, təkəlduzçulardan, xalçaçılardan əsərlərini öz evinizdə (icarə etdiyiniz böyük zalda) sərgidə göstərin. Alınan əsərlərdən bir qədər komissiya tutun.Vəssalam.

Kalliqrafiya Bu işin sənətkarı olun,bəsdir. Ad günlərində hüsnxətlə bir əşyanın üzərində yazmaq-əla biznesdir. Müştərilərin çoxu dindar olacaq, ərəb əlifbasını və islamı da öyrənmək lazımdır.

Macəra turizmi Böyük imkanlar var.2 yolu var: ya turizm kompaniyalarının təkliflərini satmaq ya da müstəqil turlar təşkil etmək. Özəllik ondadır ki, siz xaricdə oteldə qalmaq kimi turizm şirkətlərinin standart xidmətini təklif etmirsiz. Əvəzində Amazon meşələrində qrup gəzintisi, ekstremal safari, Antarktidada 1 həftə qalmaq və s. paketi satırsınız.

Kopirayter Çox sahibkarların ya biliyi,ya vaxtı olmur ki,reklam elanları yazsın.Bacarığınız varsa, işləyin bu sahədə.

Reklam suvenirləri satmaq İndi çox kompaniyalar suvenir marketinq materialları (qələm,karandaş,stolüstü elan,poster və s.) işlədir.Belə şeylər istehsal etməklə (satmaqla) siz sahibkarlara kömək edərsiniz,onlar da sizlərə (təbii ki,pul formasında)

Raritet və nadir kitablar satışı üzrə agent Əgər yaxşı təşkil etsəniz (köhnə jurnalları,qəzet və kitablar tapa bilsəniz), pul götürmək olar.Bakıda köhnə kitabları tapmaq indi çox çətin məsələdir.

Elektrocihazların təmiri Başım çıxsaydı elə bu dəqiqə bir firma açıb ətrafıma yaxşı ustalar da yığıb başlayardım pul qazanmağa.Müasir dövrdə Bakıda belə şeyə böyük tələb var. Elektrik üzqırxanı, tozsoran, soyuducu təmiri üçün rəsmi servis mərkəzlərindən başqa da alternativlər olmalıdır.

Memar Yaxşı təhsil+kompüterdə qrafik proqramları yaxşı bilmək=yaxşı memar. Bacarıqlı memar indi çox pul qazana bilər.

İncəsənət üzrə konsultant Tutaq kimsə rəsm əsəri almaq,evini özünəməxsus şəkildə təmir etdirmək istəyir. Kimə müraciət etməli? Əlbəttə ki,bu işi seçmiş peşəkarlara.

Velosiped və motosikl təmiri Sırf bu işlə ixtisaslaşın və şəhərdə ad çıxarın. Sonrası barədə fikirləşməyə ehtiyac yoxdur.

Bağça açmaq Heç demirəm özəl kompleks açın. Evinizdə qonşu binaların,blokların uşağını saxlayın. Evə bir az oyuncaq-zad tökün,düzələcək. Uşaqlar çox da əziyyət vermir,inanın. Böyüklərlə əlləşməkdənsə,uşaqlara nağıl danışmaq yaxşıdır.

Tort hazırlamaq İnternetdən çoxlu orijinal reseptlər tapın (biz də sizə kömək edə bilərik),dadlı və unikal tortlarla ad çıxarın.

Xalçaların təmizlənməsi və yuyulması Əlavə xidmət kimi yorğan-döşəklə bağlı xidmətlər də göstərə bilərsiniz.

Uşaqlara kompüter kursları Valideynlərin nə vaxtı,nə də biliyi olmur ki,uşaqlarına kompüter savadı öyrətsin. Siz öyrədin onda!