"CinemaPlus Ganjlik Mall"da "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi olub - FOTO


Digərləri 14 Mar 2018 22:38:16 179 0

"CinemaPlus Ganjlik Mall"da "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi olub - FOTO

Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Roar Uthaugdur

"CinemaPlus Ganjlik Mall"da macəra, savaş janrında olan "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi keçirilib.

"Report" xəbər verir ki, filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Ekran işində baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen ifa ediblər. Xronometrajı 110 dəqiqə olan filmin rejissoru Roar Uthaugdur.

Filmin süjet xəttinə görə, Lara Kroft ilk növbədə rüsvay edilmiş adını təmizləməkdən ötrü atasının başladığı arxeoloji tədqiqatı sona çatdırmaq və antik sirrləri açmaq üçün öz ilk ekspedisiyasına yollanır. O, indi kultdan qarışmış adada sağ qalmaq üçün bütün bacarığından, gücündən və silahından istifadə edərək mübarizə aparmalıdır.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.