Bakıda bayram yarmarkalarının elektriklə təmin edilməsinə icazə verildi


Digərləri 14 Mar 2018 22:47:00 302 0

Bakıda bayram yarmarkalarının elektriklə təmin edilməsinə icazə verildi

Bakıda Novruz bayramı münasibətilə metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırları elektrik enerjisi ilə təmin edilib.

Bayram yarmarkaları kimi fəaliyyət göstərən çadırlara elektrik enerjisinin verilməsi bir müddət qadağan edilsə də, problem həllini tapıb və çadırlara elektrik enerjisi verilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov  faktı təsdiqləyib. Ə.Bağırov bildirib ki, artıq müvafiq qurumlar arasında razılaşma əldə edilib və çadırların hamısına elektrik enerjisi verilib.