Osteopatiya nədir?


Digərləri 14 Mar 2018 22:20:00 245 0

Osteopatiya nədir?

Yəqin ki, sizin osteopatiyanın nə olduğu haqqında məlumatınız azdır və müalicə prosesi zamanı yarana biləcək ağrılardan ehtiyatlanırsınız.  

Osteopatiya proseduru ağrılı deyil. Osteopat həkim prosedura vaxtı toxumalarda müqavimət yaratmamaq üçün, toxumalara çox incə təsir edir. Pasient manipulyasiya zamanı yaranan hər hansı bir narahatçılığı həkimə bildirməlidir. "London Osteopatik Kollecinin" qabaqcıl müəllimlərindən olan d-r K.S. Datton osteopatik proseduranı başlamazdan əvvəl pasientlərə iki qaydanı izah edir: "Birinci qayda. Əgər mən sizdən hər hansı bir hərəkəti etməyinizi xahiş etsəm və bu ağrılı olsa -  o hərəkəti dayandırın. İkinci qayda. Əgər mən sizə ağrıverici bir hərəkət etsəm məni məlumatlandırın və mən bunu etməyi dayandırım".

Osteopatiyada müalicə vasitəsi Son.az hekimtap.az-a istinadən bildirir ki, osteopatiyada xəstəliyin diaqnostikası və eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Sağlam insan orqanizmində orqan və toxumalar müəyyən forma, sıxlıq və temperatura malikdir. Patoloji proseslər baş verdikdə bu göstəricilər dəyişir: orqanlar yerini dəyişə bilir, böyüyür, sıxlıqları daha da arta bilir. Professional osteopat müayinə zamanı məhz bu dəyişiklikləri hiss edir. Onun həssas və təcrübəli barmaqları yüngül toxunuşla orqanizmdə baş verən dəyişiklikləri təyin edə bilir.

Osteopatiyanın sahələri:  - Struktural osteopatiya - dayaq hərəkət aparatını;  - Kranial osteopatiya - kəllə sümüklərinin qarşılıqlı münasibəti, beyin qışalarının  vəziyyəti, qan və likvorun sirkulyasiyasını;  - Visseral osteopatiya - daxili orqanları əhatə edir.

Əsl osteopat hər hansı bir situasiyadan çıxmağa sizə yardım etməklə yanaşı, xəstəliyin əsl səbəbini tapıb, aradan qaldırmağı öz qarşısına məqsəd qoyur. Bu işdə ona anatomiya və fiziologiyanın dərin bilikləri yardım edir.

Sağlamlıq üç bir-birilə əlaqəli: dayaq-hərəkət, neyrohumoral və psixi sistemlərin vəhdətindən asılıdır. Bu sistemlərin hər hansı birində pozulma digər sistemlərə təsir edir və osteopatik zədələnməyə səbəb olur.

Osteopatiyanın üç əsas prinsipi var:  - Bədənin anatomik, fizioloji və mexaniki tamlığı.  - Struktura funksiyanı və funksiya strukturanı idarə edir.  - Həyat - hərəkət deməkdir. Hüceyrə, orqan və bütün orqanizmin normal fəaliyyəti üçün struktur və mayelərin sərbəst hərəkəti vacibdir.

Osteopatın əlləri bəzi tibbi avadanlıqların təyin edə bilmədiyi dəyişiklikləri: əzələ və bağların gərginliyini, daxili orqanların ritm pozulmalarını və s. hiss edə bilir. Həkim osteopat bu problemləri təyin edərək -  əzələ gərginliyini aradan qaldırır, ordakı iltihabı zəiflədir; toxumaya yüngül təzyiq etməklə toxumanın  qan axınını normallaşdırıb orqanın normal işini bəra edə bilir. Bir neçə belə "zərif manipulyasion" seansdan sonra orqanizmin bütün sistemləri müntəzəm işləməyə başlayır. Nəticəni əldə etmək üçün manual terapevtin qəbulunda olduğu kimi, güc tətbiq etmək lazım deyil, sadəcə olaraq hara və necə təsir etməyi dəqiq  ölçmək gərəkdir.  Bağlı qapını iki yolla açmaq mümkündür: güc təsir etməklə sındırmaq yolu ilə (necə ki manual terapevtik və digər ağrılı proseduralarla), ya da heç bir güc tətbiq etmədən açar istifadə edərək açmaq (osteopat həkimin zərif təsiri orqanizmin özünütənzimləmə və özünübərpa mexanizmlərini işə salaraq müalicə effekti əldə etməsi). Osteopatik seansdan sonra orqanizmə yeni vəziyyətə uyğunlaşmaq üçün vaxt vermək gərəkdir, bunun üçün növbəti osteopatik proseduralar arasında ən azı üç gün vaxt verilir. Bu müddət ərzində siz müalicəvi effektin artdığını hiss edəcəksiniz, özünüzdə rahatlıq, həyat eşqinin artması daxili resurslarınızın bərpa olunduğunu hiss edəcəksiniz.