Sabirabad rayonunda ata və oğul bıçaqlanıb


Sosial 14 Mar 2018 22:07:17 232 0

Sabirabad rayonunda ata və oğul bıçaqlanıb

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri - 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunublar.

Faktla bağlı araşdırma aparılır.