"Speak Like Ali" layihəsinin açılışı olub (FOTO)


Digərləri 14 Mar 2018 22:03:26 236 0

"Speak Like Ali" layihəsinin açılışı olub (FOTO)

Asudə Vaxt Mərkəzində "Speak Like Ali" layihəsinin ilk rəsmi filialının açılışı olub.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Asudə Vaxt Mərkəzində "Speak Like Ali" layihəsinin ilk rəsmi filialının açılışı olub. Trend-in məlumatına görə, kursun əsas prioritet məqsədi əhalinin, xüsusən də gənc nəslin ingilis dilində sərbəst danışığa və gözəl nitqə yiyələnməsidir. "Speak like Ali" kurslarında təhsil almaq istəyən hər bir şəxs üçün tədris proqramı xüsusi olaraq tərtib edilir. Məşğələlər istəkdən asılı olaraq həm qrup, həm də fərdi şəkildə keçirilir. Açılışda Baş İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Sabunçu rayon Asudə vaxt Mərkəzinin direktoru Mehriban Bayramova, H.Abbasov adına Mədəniyyət evinin direktoru Tofiq Dadaşov və başqaları iştirak ediblər.