"Sumqayıt" "Kəpəz"i yenərək 3-cü pilləyə yüksəlib


Sosial 14 Mar 2018 21:57:47 242 0

"Sumqayıt" "Kəpəz"i yenərək 3-cü pilləyə yüksəlib

"Kəpəz" isə 10 xalla yenə sonuncu - 8-ci pillədə qərarlaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

"Report" xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Kəpəz"i qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə qonaq komandadan İqor Korotetski açıb. Meydan sahibləri bərabərlik qolunu 72-ci dəqiqədə vurmağa müvəffəq olub. Müdafiəçi Bəhlul Mustafazadə fərqlənib. Qələbə topunun müəllifi isə 89-cu dəqiqədə Cavid İmamverdiyev olub.

Bununla da xallarını 34-ə çatdıran "Sumqayıt" "Zirə"ni keçərək, 3-cü pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla yenə sonuncu - 8-ci pillədə qərarlaşıb.