Körpələrə hansı meyvə necə təsir edir?


Digərləri 14 Mar 2018 21:50:00 298 0

Körpələrə hansı meyvə necə təsir edir?

İlk 6 aylığında ana südü alan körpələr daha sonrakı 6 aydan əlavə qidalar qəbul etməyə başlayırlar, başqa sözlə, analar bunu təmin edirlər.

Bəs körpənin hələ yeni inkişaf etməkdə olan həzm sistemini məcbur etməyəcək və allergik reaksiya verməyəcək meyvələri necə bilməli, necə təin etməli? mütəxəssislər körpələr üçün hansı meyvələrin uyğun olduğu mövzusunda aşağıdakıları tövsiyə edirlər. Meyvələr özlərində olan təbii şəkər qaynağına görə, həm asan həzm üçün, həm də aclığı aradan qaldırmaq üçün çox qidalardır. Odur ki, faydalı qida olaraq əsas paydan çox ara müddətlərdə qəbul edilir.

İlk meyvələr hansılar verilməli?

Son.az anaveusaq.az-a istinadən bildirir ki, körpələrə ilk olaraq seçilən meyvələr sadə, allergik xüsusiyyəti olmayan meyvələr verilməlidir, onların həzmi də uşaq üçün asan olmalıdır. Bu, mövsümünə görə alma, şaftalı, ya da armud ola bilər. Meyvə seçiminə mövsümə uyğun meyvə ilə başlanması əhəmiyyətlidir. Meyvə püresinə üstünlük verin, bu, səhər- günorta arası, yəni saat 10.00-10.30 kimi daha münasibdir. Günə bol suda yaxşı yuyulmuş, qabıqları soyulmuş və rəndədən keçirilmiş bir dilim meyvə püresi ilə başlanır, günlər içərisində bu dilimlərin miqdarı artırılır: 4-5 günün sonunda körpə ortaboy bir meyvəni tam yeyə bilir. Allergiya və mədə-bağırsaq sistemində problem yaşanarsa, həmin meyvə kəsilir. 1-2 ay sonra təkrar verilə bilər.

Meyvə pürelərinə şəkər, bəhməz əlavə edilir. Meyvə yeməkdə çətinlik çəkən körpələr üçün meyvələr qatıq içində verilə bilər.

Hansı meyvə necə təsir edir?

Çiyələk, kivi kimi allergiya potensialı yüksək qidalar uşaqlara 1 yaşından əvvəl verilməməlidir. Naringi və portağal, mədədə yanma və qaz problemlərinə səbəb ola biləcəyindən 7-8 aylardan sonra verilə bilər. Qəbizlik problemi olan körpələrdə banan qəbizliyi daha da artıra bildiyi üçün mümkün qədər istifadə edilməməli, belə körpələrə üzüm, ərik, armud kimi meyvələr meyvə suyu kimi deyil, öz təbii şəklində verilməlidir.

Meyvə suyuna diqqət!

Meyvə suları şəkər mübadiləsində qeyri-sabitliyə, nizamsızlığa səbəb ola biləcəyindən və diş çürümələrinə səbəb ola biləcəyinə görə, uşaqlara meyvə suyundan daha çox, əvvəldə dediyimiz kimi, meyvənin özünü verməniz tövsiyə olunur.

1 yaşından sonra hansı meyvə? 1 yaşından sonra uşaqların əllərinə böyüklərin diqqətində olmaq şərti ilə dilim meyvələr, 2-3 yaşlarından sonra isə quru meyvələr də (quru əncir, quru ərik) verilə bilər.