Britaniya XİNi Rusiyaya qarşı videoçarx hazırladı VİDEO


Dünya 14 Mar 2018 21:59:00 241 0

Britaniya XİNi Rusiyaya qarşı videoçarx hazırladı  VİDEO

Britaniyanın xarici işlər naziri "Rusiyanın təcavüzünü" açıq şəkildə izah edən videoçarx hazırlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "Twitter"də dərc olunan həmin videomaterialda "Moskvanın mövcud dünya düzənini məhv etməyə çalışdığı" bildirilir.

Təqdimat "Salsburidə keçmiş rus casusu Skripala qarşı sinir-paralitik maddələrdən istifadə,  Rusiya dövlətinin yaxşı planlaşdırdığı təcavüz sxemi əsasında həyata keçirilib" sözləri ilə başlayır.  

Ardınca britaniyalılar 2006-cı ildə keçmiş FTX əməkdaşı Aleksandr Litvinenkonun Londonda zəhərləndiyini xatırladır.  Bundan sonra XİN-nin baxışına görə, əlamətdar olan təqvimlər  təqdim olunur.