Qəlbin pasının materialı nədən olur?


Digərləri 14 Mar 2018 21:45:00 313 0

Qəlbin pasının materialı nədən olur?

Ürək ki, bağlanar, yaylaqda olan mədən sularına bənzəyər. Özlüyündə bu su, saf və şəffafdır. Uzun illlərdir ki, qaynayır, daşları və çınqılları da şəffafdır. Ancaq suyun axını güclü olduğu üçün daşları bir-birinin üstünə yığar. Nəticədə tarlaya gedən su yolunun qarşısını bağlayar. Tarladakı məhsul quruyar və elə suyun özünün də yolu bağlanar.

Son.az deyerler.org-a istinadən bildirir ki, qəlb qıfılı da bu cürdür. Əvvəl qabar bağlayar. Get-gedə çirklənər. Bu çirk də qəlbin yolunu bağlayar. Bu çirk haqqında Qurani-Kərim də söz açmışdır. "Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır". ("Mütəffifin" 14).

O işləri ki, görürlər, o sözləri ki, deyirlər, o yeməkləri ki, yeyirlər, o baxışları ki, edirlər, getməli olmamalı yerə gedirlər - bunların hamısı həmin o çirkdir. Bunlar - qəlbin pasının materialıdır.

O zaman ki, şəffaf bir ayna çirklənər - artıq heç bir şeyi göstərməz. Bu çirk - aynanın qıfılıdır.