Azərbaycanda ətin qiyməti endi


Digərləri 14 Mar 2018 21:13:00 348 0

Azərbaycanda ətin qiyməti endi

Bəzi mağazalarda novruz bayramı münasibəti ilə ətin qiyməti endirilib. Ətin hər kiloqramında 1 manat- 1 manat 50 qəpik endirim var. Satıcılar bildirirlər ki, qiymət dəyişikliyindən sonra alıcılar da bir neçə dəfə artıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtdakı bəzi mağazalarda ətin qiyməti endirilib. Dana əti müştərilərə 9 manat 50 qəpiyə, quzu əti isə 12 manata təklif olunur.

Satıcılar deyirlər ki, ətin qiymətini Novruz bayramı münasibəti ilə aşağı salıblar. Dana ətində 1 manat, quzu ətində isə 1 manat, 1 manat 50 qəpik fərq var.

Satıcıların sözlərinə görə, heyvanların bəzilərini rayonlarda özləri yetişdirirlər. Dükan icarə olmadığı üçün bəzi hallarda əti alış qiymətinə satmaq da onları ziyana salmır. Qiymət endiriləndən sonra alıcıların sayı da bir neçə dəfə artıb.


Xəbərə aid video