BakıŞamaxıYevlax magistralı çökdü VİDEO


Digərləri 14 Mar 2018 21:16:00 268 0

BakıŞamaxıYevlax magistralı çökdü  VİDEO

Ölkənin əsas magistiral yollarından biri hesab edilən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində asvaltın örtüyündə iri çatlar əmələ gəlib. Sürüşmə nəticəsində yolun bir hissəsi çöküb. Bu səbəbdən yol 6 saat bağlanıb. Əraziyə texnikalar və canlı qüvvə cəlb olunub. Axşam saatlarında avtomobillərin hərəkəti bərpa edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər aramsız yağan yağış maqistral yolda çətinlik yaradıb.Sürüşmə nəticəsində Baki -Şamaxı -Yevlax yolunda çökmə olub.

Yolun 106 km-yində torpağın çökməsi nəticəsində asfalt örtüyü dağılıb və təxminən 5-6 saatlıq yolda hərəkət dayanıb. Sürücülərin sözlərinə görə, bu ərazidə yağışlırdan sonra sürşmə aktivləşir. Bəzən yola yuxarı hissədən torpaq qatı tökülür.

Şamaxının 8 saylı yol istsmar idarəsinin əməkdaşları yolun çökən hissələrində bərpa işləri aparıb.


Xəbərə aid video