Qubada tənha yaşayan kişinin


Digərləri 14 Mar 2018 21:04:00 288 0

Qubada tənha yaşayan kişinin

Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.