Afrin mühasirəyə alınıb


Dünya 14 Mar 2018 21:05:00 307 0

Afrin mühasirəyə alınıb

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Afrin şəhərini mühasirəyə aldığını bildirir.

Kürd silahlılarına qarşı hərbi əməliyyat keçirən Türkiyə ordusunun bəyanatında deyilir ki, hərbçilər və suriyalı müttəfiq qüvvələr Afrin ətrafındakı "xüsusi əhəmiyyətə malik əraziləri" nəzarət altına alıb.

Bu məlumat kürd mənbələrindən təsdiqlənməyib.

Türkiyə kürdlərin YPG silahlı qrupuna qarşı "Zeytun budağı" əməliyyatına yanvarın 20-də başlayıb.