İşğal nəticəsində dəymiş maddi ziyan açıqlandı


Siyasət 14 Mar 2018 21:09:00 342 0

İşğal nəticəsində dəymiş maddi ziyan açıqlandı

''1918 ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə'' həsr olunan elmi-praktik konfrans keçirilib. Konfransda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışılıb. Hərbi prokurorluğun şöbə rəisi Emil Tağıyevin sözlərinə görə Azərbaycana 818 milyard dollardan çox ziyan dəyib. Müxtəlif cinayətlər törətmiş 296 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilib

"Ermənistan işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 818 milyard dollardan çox maddi ziyan vurub.Bu nəticə dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə təyin edilən kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə müəyyən edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu ''Azərbaycanlıların soyqırımının 100-cü ildönümün'' həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. O bildirib ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş 296 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tədbirdə çıxış edən Tarix İnstitutunun Direktoru Yaqub Mahmudov isə qeyd edib ki, ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir.Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib.Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib.

Konfrans İnsan Hüququları üzrə Müvəkkil və Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Videonu izləmək üçün şəklə klikləyin: